Hörmətli İstifadəçi,
“Docpoint” Platformasında qeydiyyatdan keçməzdən və istifadəyə başlamazdan öncə aşağıdakı şərtlər və qaydalarla tanış olmağınızı xahiş edirik.
Platformada qeydiyyatdan keçərkən “Şərtlər və Qaydalar” adlı bölümə rast gələcəksiniz. İşarələnmiş xanaya klik etməklə qeyd olunan şərtlər və qaydalarla tanış olduğunuzu və razılaşdığınızı təsdiq etmiş olursunuz.
“Şərtlər və Qaydalar” Azərbaycan dilində tərtib olunmuşdur, gələcək fəaliyyətinizdə istinad etmək zərurəti yaranarsa və ya diqqətdən qaçırdığınız hər hansı məqama diqqət yetirməyiniz üçün səhiəni çap etməyiniz məsləhət görülür.
Bu razılaşma bir tərfədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Vebonly” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1307257021) (bundan sonra bu Platforma üçün “Docpoint” adlandırılacaq), digər tərəfdən isə Sizinlə (bu platformada qeydiyyatdan keçdikdən və “Şərtlər və Qaydalar” bölümünü təsdiq etdikdən sonra “İstifadəçi” adlandırılacaq) aşağıdakı şərtlərlə bağlanır.
Predmet.
- Docpoint İstifadəçiyə müştəri bazasını idarə etmək üçün Platforma təqdim edir.
- İstifadəçi Platformadan istifadə qarşılığında İstifadəçi müvafiq aylıq abunə haqqını Docpoint-ə ödəyir.
- Platformadan istifadə qaydası.
- Platformadan istifadə etmək üçün Siz qeydiyyatdan keçməli, qeyd olunan xanalar üzrə məlumatları tələblərə uyğun və düzgün şəkildə tamamlamalısınız.
- Şərtlərdə göstərilən şərtlər və məhdudiyyətlər daxilində sizə Platformadan istifadə üçün məhdud, qeyri-eksklüziv, özgəninkiləşdiriləbilməz və ləğv edilə bilən icazə verilir.
- Siz dəqiq və dolğun məlumat təqdim etməli və məlumatın dəqiq və dolğun olması üçün hesab məlumatlarını zəruri olduqca yeniləməlisiniz. Platforma sizin Fəaliyyətinizi öz adından nümayiş etdirmir və Saytdakı hər hansı bir istifadəçi məzmununu təsdiqləmir.
- Platformadan istfadə qarşılığında nəzərdə tutulmuş aylıq abunə haqqının vaxtında ödənilməsini diqqətdə saxlanılması zəruridir.
- Platforma daxilində müştərilərinizin məlumatlarını platformanın tələblərinə əsasən qeyd edə və idarə edə bilərsiniz.
İstifadəçi hüquqları.
- İstifadəçi ödədiyi aylıq abunə haqqının qarşılığında Platformadan tam olaraq və növbəti ödəniş tarixinədək istifadə etmək hüququna malikdir.
- Sifarişçinin qarşılıqlı razılaşma əsasında platformadan istifadə hüququ vardır.
- Sifarişçi platformada şəxsi kabinetə, kabinetə daxil olmaq üçün isə fərdi istifadəçi adı və istifadəçi şifrəsinə malikdir.
- Sifarişçinin platformadakı baza məlumatlarının və istifadəçi məlumatlarının konfidensiallığı qorunur.
- Sifarişçinin pasiyent bazası heç bir yolla 3-cü tərəfə ötürülə bilməz.
- Sifarişçinin icraçıdan müqavilə qüvvədə olduğu müddətdə istənilən zaman pasiyent bazasını tələb etməyə hüququ vardır.
- İstifadəçi Platformada yaranan hər hansı texniki nasazlığın aradan qaldırılması üçün heç bir əlavə ödəniş etmədən müraciət etmək və nasazlığın aradan qaldırılmasını tələb etmək hüququna malikdir.
- İstifadəçi qarşı tərəfin “Şərtlər və Qaydalar” bölümündə əks olunan müddalar çərçivəsində qarşı tərəfdən pozulmuş qaydaların və ya çatışmazlıqların aradan qaldırılması və müvafiq müdəaların yerinə yetirilməsini tələb etmək hüququna malikdir.
İstifadəçinin öhdəlikləri
- İstifadəçi platformadan istifadə qarşılığında nəzərdə tutulmuş aylıq abunə haqqını vaxtında ödəməlidir.
- İstifadəçi platformadan “Şərtlər və Qaydalar” bölümündə öz əksini tapmış müddəalar çərçivəsində istifadə etməlidir. Əlavə istək və şərtləri olduğu təqdirdə bu haqda yazılı olaraq rəsmi müraciətində bildirməlidir.
- İstifadəçi bu Platformadan digər şəxsləri təqlid və ya təhqir etmək, həmçinin Azərbaycan Respublikasının Qanunvericiliyində əks olunmuş şəkildə digər şəxslərin hüquqlarını pozan hərəkətlərə yol verməməlidir.
- İstifadəçi tələb olunmayan və ya icazəsiz reklam və ya tanıtma materialı və ya arzuolunmaz poçt, spam və ya zəncir məktubları yaymaq; poçt siyahılarını, siyahıları və ya Platforma vasitəsilə hər hansı bir avtomatik cavablandırma və ya spam göndərə bilməz.
- İstifadəçi proqram viruslarını və ya Platformadakı hər hansı bir proqram, hardware və ya avadanlığın düzgün işləməsinə mane olan və ya (2) Platformanın hər hansı digər istifadəçi tərəfindən istifadəsinə müdaxilə edən proqramları yaya bilməz
- İstifadəçi Platformanın işinə mənfi təsir göstərəcək istənilən hərəkətdən imtina etməlidir.
- İstifadəçi Platforma çərçivəsində istənilən məlumatların 3-cü şəxs/şəxslərə ötürülməsinə yol verməməlidir.
Docpoint hüquqları
- Docpoint öz Platforması çərçivəsində “Şərtlər və Qaydalar” bölümündə əks olunan müddəaların yerinə yetirilməsini tələb etmək hüququna malikdir.
- Docpoint göstərdiyi xidmət qarşılığında İstifadəçidən aylıq abunə haqqını tələb etmək hüququna malikdir.
- Docpoint Platformadan istifadə edərkən təhlükəsizlik baxımından zərərli link, məlumat və s. Məfhumlardan qorunmasını tələb etmək hüququna malikdir.
Docpoint öhdəlikləri.
- Docpoint öz Platforması çərçivəsində “Şərtlər və Qaydalar” bölümündə əks olunan müddəalara əməl etməlidir.
- Docpoint Platforma çərçivəsində İstifadəçilərin və İstifadəçilərin balansında olan müştəri bazasının bütün məlumatlarının qorunmasını təmin etməlidir.
- Docpoint Platformada İstifadəçidən asılı olmayaraq yaranan istənilən problemi heç bir qarşılıq olmadan tez bir zamanda həll etməlidir.
- Docpoint İstifadəçi aylıq abunə haqqını ödədiyi andan etibarən növbəti ödəniş tarixinədək İstifadəçiyə Platformadan bu razılaşma ilə müəyyən olunmuş tam şəffaf istifadə imkanı yaratmalıdır.
- Docpoint İstifadəçilər adında çıxış edə, qeyd edilmiş “Şərtlər və Qaydaları”ı poza və Azərbaycan Respublikasının Qanunvericiliyində öz əksini tapmış şəkildə digər şəxslərin hüquqlarını pozan və ya məhdudlaşdıran, habelə təhqir xarakteri daşıyan hərəkətlərə yol verə bilməz.
Zəmanətlər.
- İstifadəçi aşağıdakı müddəalar üzrə Docpoint qarşısında zəmanət verir:
- Şərtlər çərçivəsində öhdəliklərini icra etmək və yerinə yetirmək üçün qanuni hüquqa və səlahiyyətə malikdir;
- Şərtlər üzrə öhdəliklərini ağlabatan diqqət və bacarıqla yerinə yetirəcəkdir
- İstifadəçi fiziki şəxsdirsə, o, Azərbaycan Respublikasının vətəndaşıdır, yaxud bu ölkədə daimi yaşayış icazəsi vardır, 18 yaşı tamam olmuşdur,
- Docpoint aşağıdakı müddəalar üzrə İstifadəçi qarşısında zəmanət verir:
- Şərtlər çərçivəsində öhdəliklərini icra etmək və yerinə yetirmək üçün qanuni hüquqa və səlahiyyətə malikdir
- Şərtlər üzrə öhdəliklərini ağlabatan diqqət və bacarıqla yerinə yetirəcəkdir
Əqli Mülkiyyət
- Docpoint-in xidmətləri, məlumatları və nişanları Azərbaycan Respublikasının müəllif hüquqları, əmtəə nişanları, xidmət nişanları, patent, kommersiya sirri haqqında qanunlarına və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş beynəlxalq əqli mülkiyyət normalarına uyğun olaraq qanuni şəkildə qorunur. İstifadəçi Platforma xidmətləri vasitəsilə əldə edilən hər hansı məzmunda, xidmətdə və ya nişanda olan bütün müəllif hüquqları və digər qanuni bildirişlərə, məlumatlara və məhdudiyyətlərə hörmət etməyə razılaşır. İstifadəçi xidmətləri dəyişdirməmək, tərcümə etməmək və ya başqa bir şəkildə törəmə əsərlər yaratmamaqla bağlı razılaşır.
- Docpoint İstifadəçiyə Platformadan və müvafiq məlumatlardan yalnız bu Şərtlər üzrə Xidmətlər ilə əlaqədar istifadə etmək üçün məhdud icazə verir (bu icazə müvəqqətidir, yalnız İstifadəçi üçün nəzərdə tutulub, İstifadəçi tərəfindən üçüncü şəxsə verilə və ötürülə bilməz). Docpoint İstifadəçiyə icazə vermədiyi təqdirdə bu Şərtlər ilə əlaqədar heç bir məlumatı üçüncü şəxs üçün işləyə, ona paylaya, ötürə, verə, sata, yayımlaya, icarəyə verə, paylaşa, istifadəyə verə, dəyişdirə, uyğunlaşdıra, düzəliş edə, törəmə əsərləri yarada, lisenziya ilə verə və ya başqa bir şəkildə ötürə və ya istifadə edə bilməz. Bunu etmək üçün Docpoint-dən yazılı icazə alınmalıdır. Docpoint istənilən vaxt İstifadəçi məzmununa və Docpoint-in məzmununa daxil olmaq və onlardan istifadə etmək üçün bu məhdud lisenziyanı ləğv etmək hüququnu özündə saxlayır.
- Konfidensiallıq
- Xidmətlərin göstərilməsi zamanı Docpoint və İstifadəçinin bir-birinin qarşısında konfidensiallıq öhdəliyi vardır. Tərəflərdən biri xidmət göstərən və ya alan zaman bu işlə əlaqədar əldə etdiyi məlumatı 3-cü şəxs və ya şəxslərə ötürə bilməz.
- Fors-major hallar
- Tərəflərdən birinin öhdəliklərini yerinə yetirmədiyi hallar fors-major hadisələrdən qaynaqlanırsa bu hal razılaşmanın pozulması kimi qiymətləndirilə bilməz. Fors-major hallar zəlzələ, sunami, daşqınlar, pandemiya və s. Kimi tərəflərin iradəsində asılı olmayan, Azərbaycan Respublikasının Qanunvericiliyi və hamılıqla qəbul edilmiş fors-major kateqoriyasına aid edilən vəziyyət nəzərdə tutulur. Bu zaman gözlənilən hadisələrdirsə minimum 3 iş günü əvvəl qarşı tərəf rəsmi şəkildə xəbardar edilməlidir. Ümumilikdə baş verən hadisələrin fəsadları aradan qaldırıldıqdan, təyin edilmiş fövqaladə və ya karantin rejimi ləğv edildikdən və ya ağılabatn müddətdə mövcud vəziyyət normal hala qayıtdıqdan sonra razılaşma üzrə öhdəliklər tərəflərin qarşılıqlı razılığına əsasən başqa şərtlər qəbul edilməyibsə bu razılaşmada nəzərdə tutulmuş qaydada davam etdirilir.
- Ödəniş
- İstifadəçi Docpoint-ə hər ay qeydiyyatdan keçdiyi gündən etibarən aylıq abunə haqqı ödəyir.
- Ödəniş qeydiyyatdan keçən zaman ödənilir və 1 təqvim ayı müddətində İstifadəçi ödəniş qarşılığında bu Platformadan istifadə hüququ qazanır
- Ödəniş online ödəmə üsulu vasitəsilə Docpoint hesabına ödənilir.
- Ödənişin tarixinə 2 təqvim günü qalmış İstifadəçi Platforma üzərindən online bildiriş ilə xəbərdar edilir. Bildirişdə əks edilən linkə daxil olaraq İstifadəçi aylıq abunə haqqını ödəyə bilər.
- Ödəniş əvvəlcədən alınır, bir təqvim ayı bitmədən İstifadəçi abunəliyi dayandırmaq istədikdə edilən ödəniş geri qaytarılmır (bu səbəbdən “Şərtlər və Qaydalar” bölümünü diqqətlə oxumağınızı tövsiyə edirik).
- Müddət
- Razılaşma “Şərtlər və Qaydalar”a əsasən müştərinin online formanı tamamlaması və qeydiyyatdan keçdikdən sonra qüvvəyə minir.
- Şərtlər orada müəyyən olunan qaydada əvvəlcədən xitam verilmədiyi təqdirdə, Tərəflərin öz öhdəliklərinin tam faktiki icra olunması tarixinə qədər qüvvədə qalır.
- Digər müddəalar
- Bu razılaşma yalnız Docpoint Platforması üçün nəzərdə tutulmuşdur. Kağız daşıyıcı üzərində olan müqavilələrdən fərqli olaraq hər müştəriyə (bu Platfromada “İstifadəçi”yə) fərdi olaraq hazırlanmamışdır. ”Şərtlər və Qaydalar” Docpoint və bütün İstifadəçilərə ümumi şəkildə şamil edilir
- Bu razılaşma ilə bağlı əlavə və dəyişikliklər təklifi edilərsə, kağız daşıyıcı üzərində mövcud olan müqavilələrdən fərqli olaraq ümumi xarakter daşıdığı üçün Docpoint Platforması üçün səlahiyyətli nümayəndələr tərəfindən baxılacaqdır, müsbət və ya mənfi rəy bildiriləcəkdir.
- “Şərtlər və Qaydalar”la bağlı təkliflər yalnız rəsmi olaraq yazılı şəkildə qəbul edilir və 1 təqvim həftəsi ərzində baxılır.
- Bu razılaşma ilə nəzərdə tutulan aylıq abunə haqqı bildirişdə nəzərdə tutulan müddətdə və qaydada ödənilməzsə aylıq abunə müddətinin vaxtı tamam olduğu andan İstifadəçinin Platformadan istifadəsi məhdudlaşdırılır.
- Bu razılaşmaya tərəflərdən birinin xahişi ilə xitam verilə bilər. Docpoint hər hansı pozuntu aşkarladıqda dərhal razılaşmaya xitam verə, İstifadəçini bloklaya və ya istifadəsinə məhdudiyyət təbiq edə bilər
- Docpoint heç bir pozuntu olmadığı təqdirdə hər hansı səbəbdən razılaşmaya xitam vermək istədikdə, bu səy öz tərəfindən göstərildikdə minimum 3 iş günü əvvəl qarşı tərəfi yazılı şəkildə (bildiriş, rəsmi nümayəndənin elektron məktubu və s. Yollarla) xəbərdar etməlidir.
- İstifadəçi razılaşmanı ləğv etmək istədikdə 3 iş günü əvvəl yazılı şəkildə qarşı tərəfi xəbərdar etməlidir. Bu halda ödənilən abunə haqqı geri qaytarılmır.
- Anlayışlar
“Şərtlər və Qaydalar” dedikdə, İstifadəçi və Docpoint arasında razılaşdırılan şərtlərdən və bu şərtlərə sonradan vaxtaşırı olaraq edilən bütün dəyişikliklərdən ibarət olan əqd başa düşülür;
“Docpoint” dedikdə, bu Platformanın istifadəyə verilməsi və onunla bağlı bütün məsələlərdən məsuliyyətli olan sahibkar anlayışı başa düşülür;
“İstifadəçi” dedikdə, Docpoint tərəfindən İstifadəçiyə müvəqqəti icarəyə verilən müştəri bazasını idarə etmək üçün nəzərdə tutulan virtual sahə başa düşülür;
“Platforma” dedikdə, bu Şərtlər üzrə xidmətlərin təqdim edilməsi ilə bağlı ödənişlərin toplanmasında vasitəçi olan, Docpoint-ə məxsus olan və onun idarə etdiyi internet səhifəsi və ya onlayn (real vaxtda) maliyyənin cəlb olunması imkanını verən platforma başa düşülür;
“Məlumat” dedikdə, soft proqram, texnologiya, dizayn, material, informasiya, kommunikasiya, mətn (məqalə), qrafika, elektron keçid, elektron incəsənət nümunəsi, animasiya, illüstrasiya, incəsənət əsəri, audio klip, video çarx, foto, şəkil, rəy, ideya və digər məlumat, müəlliflik (əqli mülkiyyət) hüququnun obyektləri və ya bu “Şərtlər və Qaydalar” üzrə təklif olunan xidmətlərlə bağlı olaraq sadalananların bir neçəsindən ibarət məcmu başa düşülür;
“Xidmətlər” dedikdə, Platformadan istifadəsi ilə bağlı təqdim edilən xidmətlər və ya “Şərtlər və Qaydalar”da göstərilən Platformanın digər xidmətləri başa düşülür;
“Aylıq abunə haqqı” dedikdə, bu Platformadan İstifadəçilərin istifadə etməsi qarşılığında ödəməli olduğu pul vəsaiti başa düşülür;
Bakı. Azərbaycan